Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin Gəncəyə raketlə hücumu terror aktıdır” - Rusiyalı ekspert

Ermənistan silahlı qüvvələrinin Gəncəyə 9 dinc sakinin ölümünə səbəb olan raket hücumu rəsmi Yerevan tərəfindən planlaşdırılan terror aktı və ya hərbi cinayətdir.

Qafqazinfo” xəbər verir ki, bunu “Vestnik Kavkaza”ya müsahibəsində Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Bu, Ermənistanla atəşkəs razılaşmasından bir gün sonra sadəcə öhdəliklərin kobud şəkildə pozulması deyil, həm hərbi cinayət, həm də beynəlxalq terror aktıdır. Bu zərbənin digərlərindən fərqini başa düşmək vacibdir. Döyüş əməliyyatları artilleriya və ya çoxsaylı raket sistemlərinin köməyi ilə həyata keçirildikdə, atəş hərbi hədəflərə açılsa belə, mərmilərin sapması ilə qeyri-hərbi hədəflərin də vurulması mümkündür. Ancaq Gəncəyə atılan ballistik raketlər zərbənin vurulduğu yerin koordinatlarını qabaqcadan müəyyən edən uçuş missiyasını yerinə yetirir. Yəni, Gəncəyə edilən hücum – Erməni hərbi komandanlığı tərəfindən planlaşdırılmış, təsdiqlənmiş və icazəli hücumdur”, - deyə rusiyalı ekspert bildirib.

“Şübhəsiz, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ikinci böyük şəhərinin məhz yaşayış yerlərinə zərbə vurmaq niyyətində olub. Azərbaycanla imzalanan atəşkəs razılaşmasını məhz Yerevan məhv etdi – həyasızcasına Azərbaycanın dinc əhalisinə qəsdən hücumlar etdi. Bunu araşdırmaq və hücumun təşkilatçılarını beynəlxalq məhkəməyə vermək lazımdır”, - deyə Korotçenko qeyd edib.

“Bu məsələyə aydınlıq gətirmək lazımdır ki, Nikol Paşinyan özü ali baş komandan olaraq bu raket hücumlarının müəllifi olub, yoxsa qərar onsuz qəbul edilib?

İkinci ssenari onu göstərir ki, Paşinyan silahlı qüvvələr üzərində nəzarəti itirib.

Əgər raket hücumuna icazə birbaşa Paşinyan tərəfindən verilibsə, bu zaman beynəlxalq məhkəmədə İkinci dünya müharibəsində etdiklərinə görə məsuliyyət daşıyan insanlardan fərqlənmir. Əgər Paşinyan belə bir əmr verməyibsə, sual yaranır ki, indi Ermənistan ordusunun davranışlarında heç olmasa, nəysə ondan asılıdırmı? Aydınlaşdırmaq lazımdır, bu cinayətkar əmri kim verib...

Raketlər birbaşa Ermənistanın silahlı qüvvələri tərəfindən atılıb və yalnız bunu aydınlaşdırmaq qalır: hərbi-siyasi rəhbərliyin üzvlərindən kim bu əmri verib – ya Paşinyan, ya da müdafiə naziri Tonoyan”, - deyə baş redaktor sözlərini bitirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar